Nəsirəddin Tusi

Xacə Məhəmməd Nəsrəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir. 
Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir. Nəsrəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün «Seyr və sülük» əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı:  «Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.»
Şərqin bir sıra şəhərlərini gəzib-dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimlərlə, o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub onlardan dərs almışdır.
Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nəsrəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsrəddin Tusi sonralar ona dünya şöhrəti gətirən bir sıra dillərə tərcümə olunan məşhur «Əxlaqi-Nasiri» əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq «Ələmut» qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınan Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilir. Alim 1242-ci ildə tamamladığı məşhur «Şərhül-İşarət» əsərinin sonunda yazır :»Mən bunların çoxunu ən ağır bir şəraitdə yazmışam. Daha doğrusu, mən bunları elə bir dövrdə yazıb tərtib etmişəm ki, bunların hər bir hissəsi mənə böyük əzab-əziyyət və məşəqqətlər bahasına başa gəlmişdir. Həmin yerdə isə həmişə cəhənnəm odu alovlanmış və yuxarıdan qaynar su tökülmüşdür. Elə bir vaxt olmamışdır ki, mənim gözlərim yaşla, ürəyim kədərlə dolmasın və elə bir saat olmamışdır ki, mənim məşəqqətlərim artmasın və elə bir dəqiqə olmamışdır ki, mənə yeni həyəcan gətirməsin. Bəli, fars şairlərindən biri düz demişdir: «Öz ətrafıma nə qədər baxıramsa da, fəlakəti üzük formasında görürəm və mən isə o üzüyün ortasında yerləşən qiymətli cövhərəm. «Mənim həyatımda elə bir vaxt olmamışdır ki, o, taleyin dəhşətlərinə, ümidsizliyinə və kədərinə məruz qalmasın. Mənim əbədi zövqümün hakimi qayğı, onun əsgəri isə həyəcan olmuşdur. Ey Allah! Məni bədbəxtlik qoşununun tapdağından və əzab-əziyyət yuvasından xilas et.
1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan Ələmut qalasını da tutur, Nəsrəddin və digər alim məhbusları azad edirlər. Nəsrəddin Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur. Tusi rəsədxana haqqında çoxdan fikirləşirmiş. Bağdad da alınan kimi Nəsrəddin rəsədxananın tikilməsi barədə xandan icazə istədi.
Məşhur Marağa rəsədxanasının tikilmək məsələsi müzakirə olunarkən Hülaku-xan görkəmli riyaziyyatçı və astronom Nəsrəddin Tusidən soruşur ki, bu qədər xərc nəyə gərəkdir, tikiləcək rəsədxananın nə xeyri olacaq? Buna heç bir cavab vermədən Tusi hökmdarı şəhər yaxınlığında gəzməyə dəvət edir və əmr edir ki, dağın başından bir mis qazan yola tərəf aşağı tullasınlar. Qazan gələrkən çox böyük gurultu salmış və bu səsi eşidənlər vahimə içində qaçıb canlarını qurtarmağa çalışmışlar. Tusi isə Hülaku-xana demişdi:
- Hamısını qorxudan bu hadisənin səbəbi bizə bəllidir və biz sakit oturmuşduq. Elə də yer üzündə sakit yaşamaq üçün göydəki hadisələri öyrənmək lazımdır.
Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi. Tanınmış tarixçi Hacı Xəlifə özünün «Dünya haqqında kitab»ında baş verən hadisələri belə təsvir edir: «Xacə Nəsrəddin Mağaradakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülaküyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: «Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?» Nəsir cavabında söylədi: «İzn verin, bir nəfər həmin dağa qalxıb oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin.» Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülakü xanın ordusu vahiməyə düşür. Nəsrəddin bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsrəddin xana deyir: «Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin (mahiyyətini irəlicədən bilsək, yer üzərində həmişə belə rahatlıq hökm sürər.» Nəsrəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsrəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.
Tədqiqatçıların bir çoxu Nəsrəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada, sonra isə latın dilinə tərcümədə çap olunan «Evklid», «Başlanğıcın təsviri» əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı «Bütöv dördtərəfli haqqında risalə»də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsrəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimi tarixə, mineralogiyaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında «Bağdadın tarixi», «İşığın əks olunması və sınması haqda risalə», «Evklid optikası», «Göy qurşağının öyrənilməsinə dair risalə», Qiymətli daşlar haqqında kitab», «Tibb qanunları», «Dövlət maliyyəsi haqqında risalə», «Xoşbəxt günlərin seçilməsi» (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast etmək mümkündür.
Nəsrəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcılarını gözləməkdədir.
Nəsrəddin Tusi yazmışdır: «Yaxşı iş görməkdə əziyyət çəksən. Əziyyət keçər yaxşılıq qalar, pis iş görüb ləzzət çəksən, ləzzət gedər pislik qalar.»
Nəsrəddin Tusi (1201-1274) əxlaqı sərvət hesab edərək, onun fitri olmadığını qeyd edirdi. O, deyirdi: «Əgər xasiyyət fitri olsaydı, onda ağıllı adamlar öz uşaqlarının tərbiyəsi və cavanların əxlaqının saflaşdırılması, möhkəmləndirilməsi və adət şəklinə salınmasına məsləhət görməz, özləri də bununla məşğul olmazdılar.»
AMEA-nın müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.
Professor H. C. Məmmədbəyli də, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. 
Ayda dahi astronom N.Tusinin adı ilə adlandırılmış yer vardır.
Dünya şöhrətli alim bütün həyatını , bilik və bacarığını elmə həsr etmiş ,1274 cü ildə Bağdad şəhərində vəfat etmişdi.
Alimin qəbri üzərində bu sözlər yazılıb: “Elmin köməkçisi,elm ölkəsinin şahı.Dövrün anası belə oğul hələ doğmamışdır”.

Elmi yaradıcılığı

Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır.
Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.
Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.
Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq,Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.
Professor Həbibulla Məmmədbəyli Nəsirəddin Tusinin astronomiya və riyaziyyat elmləri sahəsindəki xidmətlərini geniş şəkildə tədqiq etmişdir.
Görünür, o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülaku xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər dəvət edir. Tusi özü "Zici-İlxani" adlı əsərində bu barədə belə yazır: "Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini." Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları mə'lum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.
Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: "hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.
Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib – hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır.
Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri "İlxanilərin astronomik cədvəlləri" adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. "Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.
Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.

Nəsirəddin Tusinin davamçıları

Nəsirəddin Tusinin üç oğlu olmuşdur: Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd. Onlar filosofun yaradıcılıq yolunu davam etdirmişlər. Nəsirəddin Tusinin ölümündən sonra Sədrəddin Əli Marağa rəsədxanasına rəhbərlik etmişdir. Mənbələrdə deyildiyi kimi, o, farsca şeirdə və astronomiyada fəzilətli idi. 
Əsiləddin Həsən riyaziyyatçı və şair kimi tanınırdı. Professor Həbibulla Məmmədbəyli qeyd edir ki, Parisdə milli kitabxanada saxlanılan "Zic-i İlxani"nin bir nüsxəsi Əsiləddin Həsənin əlyazmasıdır. 
Əsiləddin Həsən həm elmi fəaliyyət göstərmiş, həm də dövlət işlərində çalışmışdır. Vali işləmiş Əsiləddin Həsən Qazan xan ilə Şama getmiş, sonra Bağdadda mənsəb tutmuşdur. Nəsirəddin Tusinin kiçik oğlu Fəxrəddin Əbülqasim Əhməd riyaziyyatçı, astronom olmuş, vəqflərin müdiri işləmişdir.Fəxrəddin Əhməd Abaqa xanın oğlu Arqun xan zamanında xidmət etmiş, 27 avqust 1301-ci (21 zülhiccə 700) ildə Sivasda öldürülmüşdür. Cənazə Marağaya gətirilib, qardaşının yanında dəfn olunmuşdur. 
Mənbələrdə qeyd edilir ki, Əhvədi Marağayi "Dəhnamə" məsnəvisini Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənin adına 1306-cı (706) ildə nəzmə çəkmişdir. Lakin onun hansı ixtisas sahibi olması, nə kimi mövqe tutması məlum deyildir. 
Nəsirəddin Tusi Marağa rəsədxanasının nəzdində təsis etdiyi məktəbdə özünün davamçılarını hazırlamışdır. Mütəfəkkirin fəlsəfi məktəbinin görkəmli nümayəndələri arasında Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi (1236-1311), Cəmaləddin Hilli (1250-1325) daha çox məşhurdur. Onlar da müəllimlərinin fəlsəfi mövqeyindən çıxış etmişlər.
Nəsirəddin Tusinin şagirdlərindən Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Həsən Hilli və başqaları öz məktəblərini yaradaraq şagirdlərini, xələflərini yetirmişlər. Bununla da Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusinin fəlsəfi məktəbi və şagirdlərinin fəlsəfi məktəbinin nümayəndələri tərəfindən davam etdirilmişdir. 
XIV əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçmüşlər. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar. Hal-hazırda Azərbaycan Respublikasında və İran İslam Respublikasında Nəsirəddin Tusinin çox sayda varisləri yaşamaqdadır.
Nəsrəddin Tusinin Kəlamları

- Səxavətsiz səadət olmaz.
- Dünayda adamlar üçün ən aşkar ve ən aydın dəlil onlarının özünün varlığıdır.
- Nitq qüvvesinin yeri beyin, qəzeb qüvvəsnin yeri ürekdir.
- Yaxşı iş tutmaq, xeyirli fəaliyyet göstermek bulud altından çıxan günəşə bənzər.
- Təkəbbürün əsl cavabı təkəbbürdür.
- Leim adamlar bədencə möhkem olar, kərim adamlar ruhca.
- Heç kəsi qınama, dünya işinin həmişe dəyişən ve çevrilən olduğunu nəzerə al.
- Dəfələrlə fikirləş, sonra dilə getir, dönə-dönə götür qoy et, sonra həyata keçir, çünki şərait dəyişile biler.
- Yaxşı iş görmekdə eziyyət çəksən, əziyyət kəçəndən sonra yaxşılıq qalar; pis iş görüb lezzet çəksən, ləzzət gedər, pislik qalar.

Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər
Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur
Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur.
Niyyət elm ilə əməl arasında bir vasitədir.

Hiç yorum yok:

Yorum Gönder