Azərbaycan Respublikasının
Dövlət bayrağı
Azərbacan
Respublikasının Dövlət bayrağı Azərbaycan Dövlətinin suverenliyinin
rəmzidir. Azərbaycanda üçrəngli dövlət
bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq
Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda
bu bayraqdan imtina edilmişdir.
1991-ci
ildə Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın
dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan
Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı
zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng –
Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasirlik və
demokratiyanın,müətsqillik naminə savaşmaq hazırlığı, yaşıl rəng – Islam
dünyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki
üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.Aypara və
səkkiz guşəli ulduz isə xöşbəxtlik və səadət rəmzidir.
Dövlət Gerbi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikasının Dövlət Himni
1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş himn
1992 –ci ildə Azərbaycanın milli himni kimi təsdiq edilmişdi.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
1992 –ci ildə Azərbaycanın milli himni kimi təsdiq edilmişdi.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Hiç yorum yok:
Yorum Gönder