Termometrlər


İsveç
alimi. Anders
Selsi İlk termometr şkalasını təklif etmişdir.
Cismin
qızma (və ya soyuma) dərəcəsini müəyyən edən fiziki kəmiyyəttemperaturdur. Temperaturun dəqiq ölçülməsi üçün termometrdən istifadə edilir. Ən çox istifadə olunan termometrlərin iş
prinsipi mayelərin istidən genişlənmə xassəsinə əsaslanır. Termometr mayesi
olaraq civə və yaxud rənglənmiş spirtdən istifadə edilir. Müasir mayeli
termometr ucunda kiçik “maye balonu” olan nazik şüşə borudan ibarətdir. Balona
civə (yaxud spirt) doldurulur. Termometr isti mühitə gətirildikdə civə istidən
genişlənir və balondan çıxaraq boru daxilində yuxarı qalxır. Soyuq mühitə gətirildikdə
isə maye sıxılır və borudakı səviyyəsi aşağı düşür. Mayeli termometr iki
istilik hadisəsi – buzun əriməsi və suyun qaynaması əsasında dərəcələnir. Buzun
ərimə temperaturu 0° (sıfır dərəcə), suyun qaynama temperaturu 100° (yüz dərəcə)
götürülmüşdür. Əvvəlcə termometrin şkalası üzərində bu iki temperatura uyğun
nöqtələr qeyd olunur. Sonra həmin nöqtələrarası məsafə 100 bərabər hissəyə
bölünür. Hər bir hissə – 1° (bir dərəcə) ilə işarə edilir. Belə termometr
şkalasını 1742-ci ildə İsveç alimi Andres Selsi təklif etmişdir. Alimin şərəfinə
həmin termometr şkalası Selsi şkalası adlanır. Temperatur t hərfi ilə işarə edilir və
ölçü vahidi “°C ” (dərəcə selsi) qəbul olunur. Belə termometrin üzərində onun
ölçü vahidi yazılır. Biz temperatur ölçmələrində Selsi şkalası ilə dərəcələnən
termometrlərdən istifadə edirik. Termometrdən istifadə edərkən onun maye olan
balonu temperaturu ölçülən mühitdə yerləşdirilir, orada bir qədər saxlanılır və
sonra göstəricisi qeyd edilir.
Menzurka
Kurvimetr - xəritə üzrə məsafəni təyin etmək üçün istifadə
edilən ölçü cihazıdır. Səyahətlərin planlaşdırılması prosesində lazım olur və
keçiləcək məsafə haqqında təsəvvür almağa kömək edir. Onun köməyi ilə əyri
xətlərin ölçüsünü, müəyyən miqyasda xəritəyə gətirilmiş yolların uzunluğunu
ölçmək asan olur.
Kurvimetr bir kiçik çarxlı portativ mexaniki cihazdır, onun köməyi ilə sizi maraqlandıran marşrut üzrə keçirirsiniz və yerdə kilometrlərdə siferblatda real məsafəni alırsınız. Kurvimetrin siferblatı müxtəlif miqyaslı xəritələr üçün cədvəllərə 1:5000-i, 1:20000-i və 1:50000-i malikdir. Kurvimetr metr cədvəlinə malikdir. Bölmənin qiyməti 1 santimetrə uyğundur.
Kurvimetr bir kiçik çarxlı portativ mexaniki cihazdır, onun köməyi ilə sizi maraqlandıran marşrut üzrə keçirirsiniz və yerdə kilometrlərdə siferblatda real məsafəni alırsınız. Kurvimetrin siferblatı müxtəlif miqyaslı xəritələr üçün cədvəllərə 1:5000-i, 1:20000-i və 1:50000-i malikdir. Kurvimetr metr cədvəlinə malikdir. Bölmənin qiyməti 1 santimetrə uyğundur.
Odometr -təkərin dövrlərinin sayını ölçmək üçün
olan cihazdır. Onun köməyi ilə nəqliyyat vasitəsinin keçdiyi yol ölçülə bilir.
Hiç yorum yok:
Yorum Gönder