Alimlər






Albert Eynşteyn (1879-1955)

Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada adı çəkilən akademik, Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər Akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının, Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fiziki Lev Davidoviç Landau. Xanımı Koranın və dostlarının “Dau” deyə çağırdıqları bu insanı hər kəs sevir, gözlənilməz hərəkətlərinə göz yumur və bunlara dahinin şıltaqlığı kimi baxırdılar
1905-ci il fizika tarixinə “möcüzələr ili” kimi daxil olur. Həmin il Almaniyanın fizika sahəsində aparıcı jurnalı olan “Fizika salnaməsi”ndə Eynşteynin  yeni elmi inqilabın  başlanğıcını qoyan üç sanballı məqaləsi dərc olunur. 1905-ci ildə onun xüsusi nisbilik nəzəriyyəsi - işıq sürətinə yaxın sürətlə hərəkət edən cisimlərin mexanikası və elektromexanikası açıqlanır. Elə həmin il Eynşteyn  bütövlükdə nüvə energetikasının  əsasını təşkil edən kütlə və enerjinin (E=mc²) qarşılıqlı əlaqəsi qanununu kəşf edir. 

         Eynşteynin əsərləri böyük şöhrət qazanır. 1909-cu ildə o, Sürix Universitetinin, sonra Praqada Alman Universitetinin professoru seçilir. 1914-cü ildə Eynşteyn dərs demək üçün Berlin Universitetinə dəvət olunur. Berlində yaşadığı illərdə ümumi nisbilik nəzəriyyəsini başa çatdırır, şüalanmanın kvant nəzəriyyəsini inkişaf etdirir. Onun fotoeffekt nəzəriyyəsində işıq  kvant (foton) axını kimi nəzərdən keçirilir. Fotonların varlığı 1922-ci ildə amerikalı fizik A.Komptonun eksperimentlərində təsdiq olunur. Eynşteyn fotokimyanın əsas qanununu (Eynşteyn qanunu) kəşf edir. Həmin qanuna görə, hər udulan işıq kvantı bir elementar fotokimya reaksiyası doğurur. O, 1916-cı ildə kvant elektronikasının əsasını təşkil edən atomların induksiyalı (məcburi) şüalanması hadisəsini nəzəri cəhətdən göstərir. 
Eynşteynin  1916-cı ildə başa çatdırdığı  ümumi nisbilik nəzəriyyəsi onun elmi yaradıcılığının zirvəsidir. Eynşteynin ideyaları fizikada məkan, zaman və cazibəyə Nyutonun dövründə formalaşan mexaniki baxışları dəyişib və dünyanın yeni, materialist mənzərəsini açıqlayıb. 
        1921-ci ildə A.Eynşteynə Nobel mükafatı verilir. Amma o, bu nüfuzlu mükafata  dahiyanə  ümumi nisbilik nəzəriyyəsinə görə deyil, fotoeffekt nəzəriyyəsinə və  nəzəri fizika sahəsində  digər böyük işlərinə görə layiq görülür. 1933-cü ildə Almaniyada hakimiyyətə faşistlər gəlirlər. O, ABŞ-da, kiçik və sakit Prinston şəhərinə köçür və yerli universitetdə dərs deməyə başlayır


İsaak Nyuton

İngilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biridir. Elmi inqilabın başverməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir. Nyutonun doğum tarixi İngiltərədə 1752-ci ilə kimi istifadə edilmiş Yuli təqviminə görə 25 dekabr 164220 mart 1727qriqorian təqviminə görə 4 yanvar 164331 mart 1727-ci il tarixidir.
Mexanika, optika, astronomiya, riyaziyyat sahələrində elmi işlərin müəllifi olan Nyutonun fizikanın inkişafında rolu xüsusidir. Nyutonun dövründən bəri 10-12 nəsil artıq bir-birini əvəzləyib. Amma Nyuton qanunlarının əsas hissəsi dəyişikliyə uğramayıb. 17-ci əsrin sonunda o, elmi kəşflərində Kopernik, Kepler və Qalileo Qalileyin, yəni ondan əvvəlki iki əsrin işlərini tamamlayaraq universal sistem yarada bilib.
Nyuton ümumdünya cazibə qanununu kəşf etmiş, güzgülü teleskop yaradıb və optika sahəsində çox vacib təcrübələrin müəllifi olub. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə parçalanmasını sübuta yetirib və ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçmüşdür. Nyuton qızmış cisimlərin Soyuma qanununu da kəşf etmişdir. Nyutonun göy cisimləri haqqında qanununa ingilis alimləri yaxşı münasibət bildirsə də, Avropa alimləri, ümumilikdə nəzəriyyəni mənfi qarşılamışlar. Çünki Yer kürəsinin qütblərdən basılmış kimi yastı olması Nyuton nəzəriyyəsini bir daha təsdiqləmiş və bu nəzəriyyə Dekart təlimindən fərqlənmişdir. Nyutonu Avropa qitəsində Huk, Leybnits, Flemstid kimi alimlərin işlərini oğurlamaqda, hətta küfr sözlər danışmaqda da təqsirkar bilirdilər.
Ağ işığın rənglərə parçalanmasını sübut eləyəndən sonra Nyuton optika sahəsində təcrübələrini dayandırır və deyilənə görə, Huk adlı tənqidçinin sağlığında bu sahədən bir cümlə də yazmayacağına and içir. Çünki o, daim Nyutonu tənqid atəşinə tuturdu, o isə bundan son dərəcə əsəbləşirdi. "Optika" adlı fundamental əsəri Hukun ölmündən bir il keçmiş işıq üzü görür. Onun Nyutonun birinci, ikinci və üçüncü adlı qanunları vardır. Beynəlxalq vahidlər sistemində güc vahidi, həmçinin, Ay və Marsda kraterlər Nyutonun şərəfinə adlandırılıb.
Fizika və riyaziyyat sahələrində elmi axtarışlarıyla paralel olaraq, Nyuton əlkimyaçılıqla da məşğul olurdu. Amma bu sahədə aldığı nəticələri çap eləmirdi. Uzun illər əlkimyaçılığın yeganə nəticəsi o olur ki, Nyuton ciddi şəkildə zəhərlənmə alır. Elmi nailiyyətlərinə görə Nyuton zadəgən tituluna də layiq görülərək "lord" vəzifəsini daşıyır. İngilis tarixində ilk dəfəydi ki, elmi nailiyyətlərə görə belə titul verilirdi.

Hiç yorum yok:

Yorum Gönder